İtaliyanın “Lukkeze” klubunun çalışdırıcısı Cankarlo Favarin rəqib komandanın (“Alessandria”) məşqçi heyəti ilə düşən gərgin mübahisədən sonra oyundan kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, onun meydanı tərk etməsi tələb olunduqdan sonra C.Favarin rəqibin skamyasına yaxınlaşaraq, baş məşqçinin köməkçisi Q.Mançino ilə münasibətlərinə aydınlıq gətirməyə çalışıb.
Mübahisənin gərginləşməsindən sonra “Lukkeze”nin baş məşqçisi Mançinoya kəllə ilə zərbə endirib. Bu hərəkətinə görə Favarin beş ay müddətinə diskvalifikasiya olunub, Q.Mançino isə iki oyunu buraxmalı olacaq.
Diskvalifikasiya olunmuş məşqçi “Alessandriya” məşqçisinin təhqirlərindən və tüpürməsindən sonra özündən çıxdığını və onu bu yolla cəzalandırmaq qərarına gəldiyini bildirib.
@BorgheseAle tutto ok?#LuccheseAlessandria #Favarin #SerieC pic.twitter.com/gC8UDmS8XM
— Matteo Occhiuto (@teoocchiuto) 28 January 2019