“Himni ümumən oxuyurdum. Sadəcə, ola bilər həmin epizodda oxumamışam”.
Oxu.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın kapitanı Rahid Əmirquliyev Almaniya ilə DÇ-2018-in matçında dövlət himnini oxumaması ilə bağlı yaranan narazılıqlara münasibət bildirərkən deyib.
Komandası “Qarabağ”ın bu gün Premyer Liqada “İnter”ə qalib gəldiyi matçdan (2:0) sonra jurnalistlərə açıqlama verən R.Əmirquliyev deyib:
“Hər zaman Azərbaycan himnini oxumuşam. Əgər kimin şübhəsi varsa, şəxsən onun üçün oxuya bilərəm. Həmin epizodda elə görünübsə, bu o demək deyil ki, mən himni bilmirəm”.
S.B.
www.oxu.az