Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Keniyalı idmançı qəribə səbəbdən yarışı uduzdu
Efiopiyalı Cemal Yimer Tokioda keçirilən "ASICS Speed Race" 10 kilometr məsafəyə qaçışda keniyalı rəqibinin səhvi səbəbilə yarışın qalibi olub.
Oxu.Az xəbər verir ki, bvu barədə gazeta.ru məlumat verib.
Qeyd olunub ki, yarışın bitməsinə az qalmış Keniyanı təmsil edən Vinsent Kibet Lanqat qabaqda olub, lakin finiş xəttinə dönməyi unudub. Keniyalı səhvini başa düşəndən düzgün istiqamətə dönəndə artıq Yimerə çata bilməyib.
Efiopiyalı qaçışçı 27 dəqiqə 10 saniyə nəticə ilə qalib gəlib.
Yimer 2018-ci ildə 10 min metr məsafəyə qaçış üzrə Afrika çempionu və 2021-ci il Boston marafonunda üçüncü olub.
"Qaçış üzrə yarışma" teqi üzrə xəbərlər
Ən çox oxunanlar