"Kəpəz" klubu yoldaşlıq görüşündə Azərbaycan Premyer Liqasına yeni yüksələn "Karvan"la üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə Gəncə klubunun Mətbuat Xidməti məlumat yayıb.
İyulun 16-da Mingəçevirdə təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.