Futbol üzrə klublararası dünya çempionatında ikinci finalçı bəlli olub.
Yarımfinalda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu 1:0 hesabı ilə məğlub edən İngiltərənin “Çelsi” komandası adını həlledici matça yazdırıb.
Final qarşılaşmasında londonlular fevralın 8-də Misirin “Əl-Əhli” kollektivini iki cavabsız topla üstələyən Braziliya “Palmeyras”ı ilə qarşılaşacaq.
Görüş fevralın 12-də baş tutacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub.