"İmişli" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan Ayxan Abbaszadə bölgə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

"Şəfa" klubu 4 gənc futbolçunu heyətinə cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla anlaşma əldə edib.
Qeyd edək ki, A.Əlizadə, E.Babazadə və E.Məmmədovla müqavilənin müddəti 2, N.Abdıyevlə isə 1 illikdir.
