"Araz-Naxçıvan" Azərbaycan millisinin üzvünü transfer edib.
Oxu.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Ceyhun Nuriyevlə anlaşıb.
25 yaşlı futbolçu ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər müqavilə imzalanıb. Ceyhun Nuriyev karyerası ərzində "Keşlə" (indiki "Şamaxı"), "Sabah" və "Zirə" klublarının, həmçinin Azərbaycanın U-17, U-19 və əsas milli komandasının heyətində çıxış edib.

Qaynar xətt:
(055) 224 12 12