52 yaşlı italiyalı futbol mütəxəssisi Antonio Konte “Tottenhem”in yeni baş məşqçisi olub.
Bu barədə klubun rəsmi “Twitter” səhifəsi məlumat yayıb.
Belə ki, italiyalı mütəxəssislə aparılan danışıqlar artıq yekunlaşıb və o, londonlularla 2023-cü ilin yayına qədər nəzərdə tutulan sazişə qol çəkib.
Qeyd edək ki, A. Konte daha əvvəl “Çelsi”, “İnter” və “Yuventus”u çalışdırıb.
Welcome to Tottenham Hotspur, Antonio Conte. pic.twitter.com/3faSqLW38g
— Tottenham Hotspur (@SpursOfficial) November 2, 2021