Kosovo millisinin baş məşqçisi Bernar Şaland UEFA Millətlər Liqasının Azərbaycanla oyunundan sonra fikirlərini bildirib.
Oxu.Az xəbər verir ki, o görüş haqda bunları deyib:
“Oyunun nəticəsindən razı qaldım. İki fərqli komanda oynayırdı. Azərbaycanın topa nəzarəti son 20 dəqiqədə yaxşı idi. Azərbaycanda Riçard Almeyda kimi təhlükəli oyunçu oynadığından, müdafiədən razı qaldım. Amma hücumdan yox.
Biz qısa və sürətli topla oynamalıydıq. Amma rəqibimiz güclü idi deyə bunu edə bilmədik. Burada bir xal bizim üçün yaxşı nəticədir. Hər iki komandanın vəziyyətləri oldu. Amma Azərbaycanın vəziyyəti daha çox idi”.
Qeyd edək ki, millimiz Millətlər Liqasında ilk oyununu Kosovoya qarşı keçirib. Matçda hesab açılmayıb.
Səbuhi MUSAYEV
www.oxu.az