“Toro Rosso”nun pilotu Daniil Kvyat Bakı yarışlarından danışıb.
Oxu.Az bu barədə f1report.ru-ya istinadən xəbər verir.
“Azərbaycan trası unikaldır, - Kvyat deyib. – Əla konfiqurasiyaya malikdir – divarların çox yaxın olduğu ensiz sektor və uzun düz yol.
Burada yalnız bir bolid keçə bilər, bu, rəqabəti daha da artırır. Bakı yarışları əsl mübarizə meydanıdır. Burada Montsanı və Monakanı xatırladan sektorlar var.
Mən Bakıda xal qazanacağıma ümid edirəm”.
E.Ə.
www.oxu.az