"Sonadək mübarizə apardıq, amma alınmadı".
Oxu.Az xəbər verir ki, bu sözləri Cəbəllütariqin "Linkoln" komandasının baş məşqçisi Xavyer Munyos UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Heyətləri çox güclüdür. Əla baş məşqçiləri var. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa namizəd olan əsas komandalardan biridir. Qarşıdakı oyunlar var. Ağdam təmsilçisinə uğurlar arzulayıram", - deyə Xavyer Munyos bildirib.
Anar Həsənov
Rəylər