Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə yanğın olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 600 kvadratmetr olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən sahəsi 90 kvadratmetr olan taxta sexi yanıb.
Bitişik obyektlər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Həmin görüntüləri təqdim edirik: