Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lüksemburqda təxribat törədən Spartak ikinci dəfə “Qarabağ”a qarşı bunu edib - ARAŞDIRMA
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “F91 Düdelanj” klubu ilə qarşılaşarkən matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20 dəqiqədən çox fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, Sportal.az saytı bu məsələ ilə bağlı araşdırma apararaq “Ultra Birinci Ermənistan Cəbhəsi”nin (First Armenian Front) başçısı Spartakın kimliyini müəyyənləşdirib.
Sən demə, Spartak onun ləqəbi imiş. Təxribatçının ad-soyadı Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır. Qrupdakı digər şəxslərdən birinin adı isə Sergey Yanyoyandır.
Spartak “Qarabağ”ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda – dekabrın 14-də Londonda “Arsenal”la keçirilmiş matçda da təxribat törətmişdi.
O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma Dağlıq Qarabağın bayrağı ilə meydana çıxmışdı. Spartak 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olmuşdu. Hətta komandamızın kapitanı Rəşad Sadıqov imkan tapıb onun belindən vura bilmişdi. Həmin təxribatdan sonra Spartakın “Arsenal”ın stadionuna girişi ömürlük qadağan olunmuşdu.
Oxu.Az isə müəyyənləşdirib ki, məhz həmin oyundan sonra Spartak ilk dəfə Yerevana gedib və orada sanki böyük iş görmüş kimi xalq qəhrəmanı kimi qarşılanıb.
Səbuhi Musayev
"Ermənistan" teqi üzrə xəbərlər
- Fransa və Aİ-nin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır
- Rusiyada yerli sakini hədələyən erməni polisdən qaçmaq üçün maraqlı üsul seçdi: "Gödəkçə"yə çevrildi
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
Rəylər