“Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton finişə bir neçə döngə qalmış birinci yerə çıxaraq Avstriya Qran Prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, son dairədə Lyuis Hemilton komanda üzrə tərəfdaşı Niko Rosberqi geridə qoyub.
Bununla yanaşı, alman trasdan kənarda qalıb, hollandiyalı “Red Bull” komandasında Maks Ferstappeni və “Ferrari”də olan finlandiyalı Kimi Raykkoneni irəli buraxaraq podiumdan məhrum olub.
“Mercedes” yığdığı xallara baxmayaraq, hər iki pilotun davranışından narazı qalıb. Hadisənin araşdırılacağı gözlənilir. Həm Hemiltona, həm də Rosberqə qarşı sanksiyalar tətbiq edilə bilər.