Amerikalı müğənni Ferqi Dyuamel “M.I.L.F.” adlı mahnısına çəkilən klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, ekran işində dünya ulduzları övladları ilə birgə rol alıb.
Kadrlarda Krissi Teyqen, Alessandra Ambrosio, Cemma Uord, Tara Linn, Siara, Nataşa Poli, Ember Valetta, Ancela Lindvall və digərləri bədəninə süd tökərkən, açıq-saçıq geyim ilə, bahalı ləl-cəvahiratlarla görüntüləniblər.
Klipdə həmçinin Krissi Teyqen və Alessandra Ambrosionun qızı da çəkilib.
Aytən Sadıqzadə
www.oxu.az