Nobel mükafatlı ədəbiyyatçı Elie Wiesel 87 yaşında həyatını itirib.
Oxu.Az xəbər verir ki, 1928-ci ildə Rumıniyada yəhudi ailəsində doğulan Wiesel ABŞ-da yaşadığı illərdə 40-dan çox kitab qələmə alıb. Ədəbiyyat sahəsində bir çox mükafatlara layiq görülmüş yazıçı “Gecə” adlı tərcümeyi-hal əsəri ilə şöhrət qazanıb.
1944-cü ildə nasistlər tərəfindən ailəsi ilə birlikdə Auschwitz-Birkenau düşərgəsinə göndərilən Wiesel, həmin il atası ilə Buchenwald düşərgəsinə köçürülür.
Düşərgənin 1945-ci ildə ABŞ ordusu tərəfindən ələ keçirilməsi ilə ailə azadlığa qovuşub.
Wiesel 1986-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az