Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emreli növbəti oyunu buraxacaq.
Oxu.Az xəbər verir ki, millimizin futbolçusu zədəsini sağaltsa da, oynamaq üçün tam hazır deyil.
Bu səbəbdən Mahir 2-ci Bundesliqanın XXII turunda "Qröyter Fürt" klubuna qarşı oyunda meydanda olmayacaq.
Xatırladaq ki, M.Emreli "Kayzerslautern"ə ötən ilin yay transfer pəncərəsində "Nürnberq"dən keçid edib.