“Sabah çətin oyun olacaq. Xüsusən rəqib evdə yaxşı oynayan komanda olduğundan, sabah bizə çətin olacağını deyə bilərəm”.
Oxu.Az-ın xəbərinə görə, bunu Hayfa “Makkabi”sinin baş məşqçisi Barak Baxar deyib.
“Düşünmürəm ki, “Neftçi”də Namiq Ələsgərovun olmaması bu komanda üçün problem yaratsın. “Neftçi” kollektiv futbolu oynayan, bir oyunçudan asılı olmayan komandadır.
“Neftçi”ni öyrənmək üçün kifayət qədər vaxtımız olub. Ad çəkmək istəməzdim. Amma “Neftçi”də kifayət qədər yaxşı oyunçular var”, - deyə rəqib baş məşqçi deyib.
Qeyd edək ki, “Neftçi” - “Makkabi” (Hayfa) oyunu sabah saat 21:00-da başlayacaq.
Səbuhi Musayev