“Mançester Siti” klubu yay transfer pəncərəsi dövründə “Tottenhem”in hücumçusu Harri Keyni sıralarına qatmağa çalışacaq.
Bu barədə “Bild” agentliyi məlumat yayıb.
Almaniyadan çıxan nəşrdə qeyd olunur ki, “şəhərlilər” İngiltərə milli komandasının futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyf edək ki, Harri Keyn bu mövsüm İngiltərə Premyer Liqasında “Tottenhem”in heyətində 15 oyun keçirib, doqquz qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.