Argentina yığmasının keçmiş hücumçusu Diyeqo Maradona futbol üzrə Rusiya millisinə rəhbərlik etməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Sovetski sport” nəşri yazır.
“Sual verirlər ki, Rusiya yığmasının baş məşqçisi olmağa hazıram? Mən elə bunun üçün buraya gəlmişəm! Bəzi planlarım var və gələcəkdə məni çox iş gözləyir”, - iyunun 30-da Moskvaya gələn Maradona deyib.
Qeyd olunur ki, Maradona “Rusiya futbolu sevir” ictimai hərəkatın dəvəti ilə Moskvaya gəlib.
Hazırda Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesovdur.
S.B.
www.oxu.az