Amerikalı Ronda Rouzi “UFC 207” çərçivəsində keçirilən döyüşdə braziliyalı Amanda Nunesə məğlub olub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, döyüş dekabrın 30-da Las-Veqasda təşkil edilib.
Braziliyalı idmançı 48-ci saniyədə rəqibini nokauta salaraq qələbə qazanıb.
Bununla da Nunes çempion kəmərini qoruyub. Ümumilikdə, o 18 döyüşdə 14 qələbə qazanıb. Rouzinin hesabında isə 14 döyüşdə 12 qələbə var.
S.B.
www.oxu.az