Meksika çempionatının 8-ci turunun “Atlas”- “Tiqres” matçı zamanı qapıçı Oskar Ustari ciddi xəsarət alıb.
Oxu.Az-ın məlumatına əsasən, oyunun 82-ci dəqiqəsində “Atlas”ın qapıçısı qolun qarşısını alarkən ayağını sındırıb. Ustarinin diz qapağının bağları yırtıldığı üçün sümük yerindən çıxıb.
Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.
N.O.