Əfsanəvi basketbolçu Şakil Onil ABŞ-ın Kubada idman səfiri təyin olunub.
Oxu.Az-ın məlumatına görə, sabiq basketbolçu idman səfiri kimi iyunun 23-dən 28-ə qədər Kubanın paytaxtı Havanaya səfər edəcək.
Onunla birlikdə Kubaya “Dallas Maveriks” klubunun baş məşqçisi Kaleb Kanales də yollanacaq.
Ş.Onil və K. Kanales Havanada burada gənc idmançılar ilə görüşəcək, bir sıra vacib danışıqlar aparacaqlar.
Qeyd edək ki, NBA-da 19 mövsüm çıxış edən Onil 15 dəfə “All Star”a seçilib və 4 dəfə çempionluq yaşayıb.