Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin oyunlarına start verilib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, günün ikinci qarşılaşmasında Uels və Şimali İrlandiya komandaları üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma uelslilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 75-ci dəqiqədə Garet Makauley öz qapısına vurub. Beləliklə, Uels ¼ finala çıxan tərəf olub.
Uels 1/4 finalda Belçika-Macarıstan cütünün qalibi ilə qarşılaşacaq.