İspaniyanın “Barselona” klubu və Argentina yığmasının hücumçusu Lionel Messiyə “Qızıl buts” mükafatı təqdim olunub.
Oxu.Az-ın xəbərinə görə, bu, cənubi amerikalının karyerasında dördüncü “Qızıl buts”dur.
Messinin bu mükafatı qazanacağı altı ay əvvəl rəsmiləşsə də, yalnız indi təqdim olunub.
Qeyd edək ki, Lionel Messi 2016/17 mövsümündə La Liqada 34 oyun keçirib və 37 qol vurub (74 xal). İkinci yerdə “Sportinq” klubunun hücumçusu Bas Dost qərarlaşıb 34 qol (68 xal). İlk üçlüyü Dortmundun “Borussiya” komandasının futbolçusu Pyer-Emerik Obameyyanq bağlayıb (31 qol, 62 xal).
Lionel Messi bundan əvvəl 2010, 2012 və 2013-cü illərdə Avropa çempionatlarının ən yaxşı bombardiri olub.
Messi dördüncü dəfə bu mükafatı qazanmaqla, Madridin “Real” klubunun futbolçusu Kriştiano Ronaldoya çatıb.
S.B.
www.oxu.az