La Liqanın 27-ci həftəsində “Barselona” “Atletiko Madrid”i Messinin qolu ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, oyun 1-0 “Barselona”nın qələbəsi ilə başa çatıb.
Oyun Kamp-Nouda baş tutub.
Messi matçın 26-cı dəqiqəsində vurduğu qolla kariyerasında 600-cü qoluna imza atıb.
“Barselona” xalını 69-a çatdırıb. Bununla da “Barselona”nın zirvədəki xal fərqi səkkizə çatıb.