İtaliyanın “Milan” klubunun futbolçusu Karlos Bakka karyerasını İspaniya “Vilyarreal”ında davam etdirəcək.
Oxu.Az-ın məlumat verir ki, Report-un Valensiya təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 31 yaşlı kolumbiyalı hücumçu 2017/2018 mövsümündə icarə əsasında “Vilyarreal”ın formasını geyinəcək.
Müqavilədə ispaniyalıların onun satınalma hüququna malik olmaları barədə də bənd var.
Qeyd edək ki, Karlos Bakka 2015-ci ilin yayında “Sevilya”dan “Milan”a keçib. O, İtaliya komandasının heyətində keçirdiyi 70 oyunda 31 qol vurub.
E.Ə.
www.oxu.az