Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Milli komandaların FIFA reytinqi bəlli olub
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) milli komandaların reytinq cədvəlini açıqlayıb, Azərbaycan millisi mövqeyini qoruyub.
Oxu.Az xəbər verir ki, hesabat dövründə heç bir matç keçirməyən yığmamızın mövqeyi dəyişməyib. Fernandu Santuşun komandası ilin son dərc olunmuş siyahısında dünyanın 117-cisidir. Komandamızın hesabında 1 158.70 xal var.
Siyahıya 1 867.25 xalla Argentina millisi başçılıq edir. Millimizin dünya çempionatının seçmə mərhələsindəki potensial rəqibi Fransa isə 1 859.78 xalla liderdən geri qalır.
Seçmə komandamızın digər potensial rəqibi Xorvatiya isə 1 691.59 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Ukrayna 1 554.94 xalla 25-ci, İslandiya 1 355.10 xalla 70-ci yerdə qərarlaşıb.
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatıb
- Qapıçı penaltidən vurulan zərbəni dəf edəcəyi təqdirdə təkrar vuruşun ləğvi təklif edildi
- FIFA və "Adidas" Klublararası Dünya Çempionatının topunu təqdim edib
- FIFA İspaniyanın iki klubuna transfer qadağası qoydu
- Avropa Superliqası rəsmi olaraq yeni adla fəaliyyət göstərəcək