"Gözləntilərimizin doğrulduğu məqamlar da oldu. Yarışda 2 qızıl, 4 gümüş, 7 bürünc medal qazandıq".
Oxu.Az xəbər verir ki, bunu yeniyetmələrdən ibarət Azərbaycan cüdo millisinin məşqçisi Emin İsgəndərov deyib.
Mütəxəssis Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada idmançılarımızın çıxışını dəyərləndirib.
O bildirib ki, nəticə bundan da yaxşı ola bilərdi:
"Qızılların sayı 4 və ya 5 ola bilərdi. Çünki gümüş qazananlar arasında nəticəli idmançılarımız var idi ki, hakimlərin səhvi və düzgün qərar verməməsi nəticəsində məğlub oldular. Amma düşünürəm ki, bu, hələ onlar üçün ilk ciddi sınaqdır. Qarşıdan gələn yarışlar daha da uğurlu olacaq".
Qeyd edək ki, yarışda idmançılarımız 2 qızıl, 4 gümüş, 7 bürünc medal qazanıblar. Millimiz medal sayına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.
Anar Həsənov
Rəylər