Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Millimiz Çexiyadan sərfəli nəticə ilə dönür
“DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində III turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması səfərdə Çexiya komandasının qonağı olub.
İlk iki oyunda qələbə qazanan Robert Prosineçkinin yetirmələri bu qarşılaşmada da sərfəli nəticə qazanıblar. “Mestiski” stadionunda keçirilən matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bununla da, millimiz çətin səfər qarşılaşmasında aktivinə bir xal yazıb.
Bu qrupun digər oyunlarında Almaniya millisi doğma meydanda Şimali İrlandiya yığmasını 2:0, Norveç isə San-Marino komandasını 4:1 hesabı ilə məğlub edib.
Turun cədvəli:
1. | Almaniya | 3 | 3 | 0 | 0 | 8:0 | 9 |
2. | Azərbaycan | 3 | 2 | 1 | 0 | 2:0 | 7 |
3. | Şimali İrlandiya | 3 | 1 | 1 | 1 | 4:2 | 4 |
4. | Norveç | 3 | 1 | 0 | 2 | 4:5 | 3 |
5. | Çexiya | 3 | 0 | 2 | 1 | 0:3 | 2 |
6. | San-Marino | 3 | 0 | 0 | 3 | 1:9 | 0 |
S.B.
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Almaniya kəşfiyyatı koronavirus pandemiyasının baş vermə səbəbini açıqladı