Misli Premyer Liqasının XXIII turuna bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, günün tək qarşılaşmasında "Sabah" öz meydanında "Qəbələ"ni qəbul edəcək.
"Bank Respublika Arena"da keçiriləcək matç saat 19:15-də başlayacaq.
Qeyd edək ki, "Sabah" 53 xalla turnir cədvəlinin lideridir. "Qəbələ" isə 16 xalla onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
XXIII tur
10 mart
19:15. "Sabah" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
"Bank Respublika Arena".