Bu gün Misli Premyer Liqasında ilk turun daha iki qarşılaşması keçiriləcək.
Oxu.Az xəbər verir ki, yeni mövsümün üçüncü oyun günündə "Sumqayıt" "Neftçi", "Zirə" isə "Şəfa" ilə üz-üzə gələcək.
"SOCAR Polymer Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı saat 19:00-da başlayacaq.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" - "Şəfa" qarşılaşması isə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
16 avqust
Misli Premyer Liqası
I tur
Saat 19:00, "Sumqayıt" - "Neftçi".
"SOCAR Polymer Arena".
21:00. "Zirə" - "Şəfa"
Zirə İdman Kompleksi.