Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son oyununda "Qarabağ" komandası "Şamaxı"nı qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 28-ci dəqiqədə "Qarabağ"ın heyətində Renaldo Sefas açıb. Edqar Adilxanov 43-cü dəqiqədə "Şamaxı"nın bərabərlik qolunu vurub. Daha sonra qonaqların heyətində Rikardo Apolinario avtoqol müəllifi olub. Matçda son nöqtəni 85-ci dəqiqədə Aleksey Kaşuk qoyub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni 1:0, "Sabah" "Kəpəz"i 2:0, "Zirə" "Şəfa"nı 2:0, "Neftçi" isə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0.
Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulur.
Oxu.Az xəbər verir ki, birinci turun son oyun günündə "Qarabağ"la "Şamaxı" üz-üzə gəlir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı saat 19:30-da başlayacaq.
17 avqust
Misli Premyer Liqası
I tur
Saat 19:30, "Qarabağ" - "Şamaxı".