Karyerasını Kiprin "Pafos" klubunda davam etdirəcək azərbaycanlı futbolçu Murad Məmmədovun yeni komandasındakı forma nömrəsi bəlli olub.
Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Məmmədov 47 nömrəli idman geyimində çıxış edəcək.
Gənc futbolçu bu seçimi özü edib. Rəhbərlik isə onun bu istəyini geri çevirməyib.
Xatırladaq ki, tərəflər arasında 3+1 illik müqavilə bağlanıb.
Qaynar xətt:
(055) 224 12 12