Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mütəxəssis: "Roma" "Qarabağ"a "Real Madrid" kimi yanaşmalıdır
"Roma" "Qarabağ"la keçirəcəyi qarşılaşmaya özünü "Real Madrid"lə görüşəcəkmiş kimi hazırlamalıdır. Əks halda, BATE aqibəti yaşana bilər və bu da utancverici olar".
Oxu.Az Report-a istinadla xəbər verir ki, bunu məşhur italiyalı məşqçi Arriqo Sakki Çempionlar Liqasının II tur matçından əvvəl "La Gazzetta dello Sport"dakı məqaləsində yazıb. Təcrübəli mütəxəssisin fikrincə, "Qarabağ" "Roma" kimi komanda ilə qarşılaşacağı üçün narahatlıq keçirməməli, əksinə, İtaliya təmsilçisi matça daha ciddi yanaşmalıdır.
"Roma"nın hamı üçün "canavarlar" kimi qəbul olunduğunu deyən Sakki "sarı-qırmızılar"ın layiqli qələbə üçün əlindən gələni edəcəyinə əminliyini dilə gətirib.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq. "Roma" Çempionlar Liqasında 2015-2016 mövsümündə Belarus BATE-sinə səfərdə 2:3 hesabı ilə uduzub, evdə isə qolsuz bərabərliklə kifayətlənib. Arriqo Sakki isə əvvəllər İtaliya milli komandasının, eləcə də, bir çox tanınmış yerli klubun və İspaniya "Atletiko"sunun baş məşqçisi olub.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət