Almaniyanın II Bundesliqasında “Aue” klubunun heyətində çıxış edən Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov vurduğu qolla komandasına III turda bir xal qazandırıb.
Oxu.Az-ın xəbərinə görə, Nazarov “Braunşveyq”lə səfər matçında 24-cü dəqiqədə qol vuraraq komandasını hesabda irəli çıxarıb.
Lakin “Aue”nin sevinci uzun sürməyib. Bu qoldan cəmi iki dəqiqə sonra meydan sahibləri oyunda tarazlığı bərpa ediblər.
Matç elə 1:1 hesabı ilə də başa çatıb.
Bu “Aue” komandasının çempionatda ilk xalı idi. Klub bir xalla 14-cü pillədə qərarlaşıb.
S.B.
www.oxu.az