"Neftçi"nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün "Asteras" (Yunanıstan) ilə keçirməli olduğu yoxlama oyunu ləğv olunub.
Oxu.Az xəbər verir ki, Keltse şəhərindəki Pilkarski stadionunda baş tutması planlaşdırılan qarşılaşma güclü leysan səbəbindən təxirə salınıb.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi.
"Neftçi" Polşada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq. Paytaxt təmsilçisi Yunanıstanın "Asteras" klubu ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, oyun Polşanın Keltse şəhərində yerləşən Pilkarski stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Komandaların qarşılıqlı razılığına əsasən oyun canlı yayımlanmayacaq.
Qeyd edək ki, "Neftçi" bu toplanışda daha əvvəl İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Polşanın "Termalika" (2:2) klubları ilə heç-heçə edib. Komanda hazırlıq çərçivəsində son yoxlama matçını avqustun 1-də Kiprin AEL klubu ilə keçirəcək.