AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin Misli Premyer Liqasının XXIII turunda baş tutan "Turan Tovuz"la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15 000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, martın 9-da keçirilən sözügedən qarşılaşma "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaynar xətt:
(055) 224 12 12