"Neftçi" futbol klubu yeni transferini həyata keçirib.
Oxu.Az paytaxt klubunun açıqlamasına istinadən xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq.
27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu "Dinamo Buxarest" olub.
O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.