“Neftçi” klubu xorvatiyalı futbolçu Slavko Braliçlə yollarını ayırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə klubunun rəsmi saytı məlumat yayıb.
Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, Slavko Braliç bu mövsüm “Neftçi”nin heyətində 13 oyunda meydana çıxıb.