"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib.
Oxu.Az "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardım edib.
Transfer qadağası Braziliya klubuna 2023-cü ildə Jan Lukasın transferindən sonra "Monako"ya yaranmış borca görə tətbiq olunub.
Qeyd edək ki, "Santos" Cənubi Amerika Kubokunda mübarizəsini davam etdirir. Komanda 1/4 final mərhələsinin ilk oyununda "Atletiko Mineyro"nu 2:0 hesabı ilə məğlub edib.