“Keşlə” Futbol Klubu Nicat Qurbanovla müqavilə imzalayıb.
28 yaşlı yarımmüdafiəçi ilin sonuna qədər Bakı komandasının şərəfini qoruyacaq.
Karyerası ərzində “Simurq”, “Neftçi”, AZAL, “Zirə”, “Kəpəz” və “Sumqayıt”da oynamış Nicat Qurbanov son olaraq Gürcüstanın “Samtredia” klubunda çıxış edib.
2019-cu ildən həmin klubun şərəfini qorumuş Nicat Gürcüstan çempionatında 10 qol vurub.
Qeyd edək ki, bu, “Keşlə”nin qış transfer dönəmində ikinci transferidir.
Daha əvvəl Moldovanın “Şerif” klubundan kamerunlu hücumçu Anatol Abanq transfer olunmuşdu.
Səbuhi Musayev