Rusiya Futbol İttifaqının futbolçuların statusuna dair növbəti iclasında Samaranın “Krılya sovetov” futbol klubu transfer pəncərəsinin bağlanmasından sonra iki xarici futbolçunun qeydiyyatı üçün icazə alıb.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın “Neftçi” klubunun sabiq hücumçusu, Çilidən olan Nikolas Sebastyan Kanales Kalasi və Gürcüstan yığmasının qapıçısı Georgi Loriyadır.
30 yaşlı Nikolas Kanales karyerasının əsas hissəsini Çilidə keçirib. 2007-ci ildən 2010-cu ilə qədər Rumıniyanın ÇFR klubu üçün oynayıb, 2012/2013 və 2014/2015 mövsümlərində isə Bakı “Neftçi”sini müdafiə edib. Kanales Azərbaycan çempionu və bizim Premyer-Liqanın 2012/2013 mövsümlərində 26 top vuran ən yaxşı bombardmançıdır.
F.H.
www.oxu.az