Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edənlər arasında hakimlər də olub.
Onları biz “kölgədə qalanlar” adlandırırıq. Əslində isə onlar da bu yarışda ədalət təmsilçisi kimi az iş görməyiblər. Məsələn, karatedə Cahangir Babayev final görüşlərində hakimlik edib. Ağırlıqqaldırma idman növündə idmançımız olmasa da, Azərbaycan Ağır Atletika Federasiyasının Hakimlər Kollegiyasının üzvü Vahid Nəzərov ölkəmizi təmsil edib.
Oxu.Az həmin hakimləri təqdim edir:
Asif Şirəliyev (güləş)

Cahangir Babayev (karate)

Anar Babanlı (boks)

Vahid Nəzərov (ağırlıqqaldırma)

Fikrət Vəliyev (qılıncoynatma)

Qeyd edək ki, bu yarışda həmçinin Azərbaycan Taekvondo Federasiyasının koreyalı texniki direktoru, beynəlxalq dərəcəli hakim Oh Kvanq Çeol ədaləti qoruyanlar arasında olub.
Səbuhi Musayev