Azərbaycanın tarixində ilk dəfə olaraq, ölkəmizdə qolf üzrə möhtəşəm tədbir keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat qolf üzrə European Tour-un rəsmi saytında dərc olunub.
Yazıda qeyd olunur ki, Azərbaycanda – Rusiyanın cənubunda, Xəzər sahilində yerləşən ölkədə qolf üzrə Azerbaijan Open Challenge turnirinin möhtəşəm açılışı ilə “The European Challenge Tour” qolfun populyarlığını yeni bir səviyyəyə yüksəltmiş olacaq.
“İyulun 31-dən avqustun 3-dək Qubada, Azərbaycanın Milli Qolf Klubunda keçiriləcək turnirin mükafat fondu 300 min avro təşkil edir. Bu, turnirin öz 26 illik tarixində ən mühüm və bahalı tədbir olduğunu göstərir.
Azərbaycan Qolf Federasiyasının qərargahınn da yerləşdiyi Milli Qolf Klubu 7.011 əraziyə malik, möhtəşəm relyefə malik dağların qoynunda heyranedici mənzərəyə malik bir qolf sahəsidir”, - deyə, məqalədə qeyd olunur.
Yazıda həmçinin Azərbaycanın Qolf Federasiyasının prezidenti Anar Məmmədovdan da sitat gətirilir.
Qafqazda belə tədbirin ilk dəfə Azərbaycanda keçirilməsini şərh edən Anar Məmmədov qolfun ölkəmizdə idmanın yeni bir növü olduğunu xüsusilə vurğulayıb:
“Qolf Azərbaycanda idmanın yeni bir növüdür və biz onu bütün səviyyələrdə populyarlaşdırmağa ümid bəsləyirik. Bununla əlaqədar, “The European Challenge Tour” çərçivəsində belə bir turnirin həyata keçirilməsi bizim üçün çox vacibdir.
Peşəkar və ixtisaslı personalın dəstəyinə güvənərək, əminik ki, bu tədbirdə iştirak edəcək oyunçular turnirdən zövq alacaqlar, həmçinin, turnir ölkəmizdə turizm infrastrukturunun inkişafına kömək edəcək.
Həmçinin biz əminik ki, Azərbaycanda, “Odlar yurdunda” keçirilən turnir “Challenge Tour”un tarixində ən parlaq tədbirlərdən biri olacaq”.
Yazının müəllifi qeyd edir ki, Avropa qolfu artıq xeyli müddətdir ki, bütün dünya üzrə yeni ölkələr kəşf edir:
“Bu il turnirin keçirilməsi isə çox uğurlu Kazakhstan Open turnirinin 10-cu ildönümünü ləyaqətlə tamamlayır.
Belə ki, Qazaxstan, Çexiya və Norveç son illər öz ölkələrində peşəkar qolfu effektli şəkildə inkişaf etdiriblər..
Bu gün Azərbaycan bu ölkələrin nümunəsinə əməl etmək niyyətindədir və bununla əlaqədar olaraq, mövsümün ən böyük mükafat fondunun təyin olunduğu və bununla da, oyunçularda xüsusi həvəs yaradan turnir keçirir”.
Öz növbəsində European Challenge Tour-un direktoru Alan de Sultre ölkəmizdə keçiriləcək tədbirlə bağlıbildirib:
“Biz, bu turnirin Azərbaycanda keçirilməsindən çox şadıq. Yeni-yeni ölkələri idmanın bu növünə cəlb etmək bizə böyük zövq verir. Şübhəsiz, unudulmaz tədbir olacaq.
Azərbaycanın Qolf Federasiyası bu turnirin təşkilində böyük səy göstərib və buna görə də, qarşıdakı illərdə AQF ilə səmərəli əməkdaşlığın inkişafını səbirsizliklə gözləyirik.
Qazaxıstan və digər ölkələrin nümunəsində gördüyümüz kimi, belə turnirlərin keçirilməsi peşəkar qolfun əvvəllər populyar olmadığı ölkələrdə inkişafında mühüm rol oynaya bilər. Və biz ümid edirik ki, turnirdən sonra qolf Azərbaycanda layiqli yer tutacaq”.
1. Milli qolf klubunda 8-ci dəlik
2. Milli qolf klubunda 4-cü dəlik
3. 12-ci dəlik
4. Dördüncü dəlik
5. 18-ci dəlik
6. Azərbaycanın Milli Qolf Klubu
7. Azərbaycanın Milli Qolf Klubu