Paraqvaylı senator Seleste Amarilya Fransa millisinin kapitanı Kilian Mbappedən ilə yaşanan qiyabi münaqişədən sonra futbolçudan üzr istəməsini tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə Amarilyanın "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş müraciətində bildirilir.
"Mən peşman oldum və həmin paylaşımı sildim. Anlayıram ki, bu, səni incidə bilərdi, çünki alçaldıcı idi. İndi isə mən də səndən öz sözlərindən imtina etməyi və məndən üzr istəməyi tələb edirəm. Mənimlə birlikdə sən də sözlərini geri götür, əks halda gender zorakılığına görə məhkəmə prosesinə başlaya bilərəm", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, DÇ-2026-nın 1/8 final mərhələsində Fransa və Paraqvay milli komandalarının oyunundan (1:0) sonra senator yeganə qolun müəllifi olan Mbappeni irqçi zəmində təhqir edib. Daha sonra Fransa Futbol Federasiyası bu açıqlamanı qəbuledilməz adlandıraraq, məsələ ilə bağlı prokurorluğa müraciət edildiyini bildirib.