“Bakı-2015”in bürünc mükafatçısı taekvandoçu Patimat Abakarova qazanılan medaldan sonra öz sevincini bölüşüb, Oxu.Az Sportbox-a istinadən xəbər verir.
“Çox şadam ki, medal qazana bildim. Azərkeşlərin dəstəyi möhtəşəm idi. Rəqibim çox güclü idi. Mən fikirləşirdim ki, çətin olacaq. Ancaq gördüyünüz kimi, inamlı qələbə qazandım, 13:0.
Niyə finala çıxa bilmədim? Yarımfinalda 5:1 hesabı ilə irəlidə idim, lakin baş nayihəsindən zərbə buraxdım, bundan sonra məölub oldum.
Bizim çox güclü komandaız var. Ümid edirəm ki, azərbaycanlı taekvandoçular Avropa Oyunlarında çoxlu medallar qazanacaqlar”.