Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Peşəkar Futbol Liqası "İrəvan" klubunu I Liqadan kənarlaşdırıb
"İrəvan" klubu AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.
Oxu.Az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq "İrəvan"ı I Liqadan kənarlaşdırıb.
Nəticədə, cari mövsüm I Liqada sonuncu yeri tutan "Araz Saatlı" qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci olan "Cəbrayıl" komandası ilə pley-off matçlarında qarşılaşacaq.
Qeyd edək ki, "İrəvan" kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.
"Peşəkar Futbol Liqası (PFL)" teqi üzrə xəbərlər
- Qarlı havadan sonra Azərbaycanda futbol stadionlarında vəziyyət necədir?
- PFL prezidenti növbəti dəfə əməliyyat olunacaq
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"
- Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu bəlli olub
- "Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı