Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Portuqaliya millisində debüt edən Junior Kriştianu Avropa klublarının diqqətini çəkib
Dünyanın ən yaxşı futbolçularından biri Kriştianu Ronaldunun oğlunun Portuqaliya yığmasında debütü böyük rezonans doğurub.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, 14 yaşlı futbolçunun Portuqaliya U15 milli komandasının heyətində beynəlxalq turnirdə oynayacağını eşidən skautlar Xorvatiyaya axın ediblər.
Juniorun Yaponiyaya qarşı çıxışını (4:1) 10 klubun nümayəndələri izləyiblər. Söhbət "Mançester Yunayted", "Tottenhem" , "Bavariya", "Borussiya Dortmund", "Leypziq" , "Hoffenhaym", "Red Bull Zalsburq", "İnter", "Yuventus" və "Atalanta"nın skautlarından gedir.
Onları yeniyetmə futbolçunun "Qızıl top"un beşqat qalibi olan atasının yolunu davam etdirib-etdirməyəcəyi, hansı potensiala malik olması maraqlandırır.
Adıçəkilən klublar arasında "Mançester Yunayted"in Juniora daha çox maraq göstərməsi bildirilir. Yeniyetmə futbolçu atasının 2021-ci ildə "qırmızı şeytanlar"a qayıdışı zamanı 14 ay bu klubun akademiyasında çıxış edib. "Mançester Yunayted"in nümayəndələri onun hazırkı durumu ilə bağlı məlumatları artıq klub rəhbərliyinə çatdırıblar.
Junior dünən Yunanıstanla matçın start heyətində yer alsa da, ciddi heç nə ilə yadda qalmayıb. Onun meydanda olduğu zaman kəsiyində komandası 0:1 hesabı ilə uduzurdu. Portuqallar yalnız matçın sonuna yaxın, Kriştianunun əvəzlənməsindən sonra məğlubiyyətdən xilas ola biliblər.
Qeyd edək ki, həm ata, həm də oğul Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun şərəfini qoruyurlar.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldunun dırnaqlarının qara rənglə boyanmasının səbəbi bəlli oldu
- Kriştianu Ronaldu Donald Trampa imzalı köynək hədiyyə edib
- Ronaldunun çıxış etdiyi "Ən-Nəsr" baş direktorunu qovdu
- Camal Musiala FIFA Klublararsı dünya çempionatında rekorda imza atıb
- "Aston Villa" Unay Emerinin "Ən-Nəsr"ə keçidinə razılıq verməyəcək