Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hüseyn Həsənovdan onu məhkəməlik edən Mizulinaya mesaj: "Hazır ol, əzizim"
Milyonluq izləyici auditoriyasına sahib olan azərbaycanəsilli bloqer Hüseyn Həsənov "Rəqəmsal Təhlükəsiz İnternet Liqası"nın rəhbəri Yekaterina Mizulinanı məhkəməyə verəcəyini bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün "Instagram" hesabında bəyan edib.
Məhkəmə iddiasına səbəb Mizulinanın sosial şəbəkələrdə onun barəsindəki açıqlamalarıdır. Həsənov hesab edir ki, Yekaterinanın hesabı bloklanmalıdır.
"Hazır ol, əzizim", - deyə bloqer ironiya ilə yazıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda Mizulina Həsənovu fırıldaqçılıqda ittiham etmiş və onunla bağlı Rusiya Daxili İşlər Nazirliyinə müraciət etdiyini açıqlamışdı. Mizulinanın iddiasına görə, həmin müraciətdən sonra bloqerin bir neçə şirkəti dövlət qarşısında borclara görə bağlanıb.
2025-ci il mayın 14-də məlum olub ki, Hüseyn Həsənov barəsində qiyabi həbs qərarı çıxarılıb. Onu xüsusilə böyük məbləğdə pulların leqallaşdırılması və yuyulması maddəsi üzrə yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Həsənov isə bütün ittihamları rədd edərək, vergi borcunun olmadığını bildirib.
Həsənovun beynəlxalq axtarışa verilməsindən sonra Mizulina bildirib ki, bloqerin "informasiya fırıldaqları" ilə bağlı hüquq-mühafizə orqanlarına ilk dəfə 2023-cü ildə müraciət etmişdi. O, bloqeri "nağıllar danışan skamer" (skam şəxsi məlumatların oğurlanmasına yönəlmiş başqa bir onlayn dələduzluq növü olan fişinqlə sıx bağlıdır, çox vaxt fişinq və skam edənlər öz məqsədlərinə çatmaq üçün oxşar üsullardan istifadə edirlər) adlandırıb.
"Hüseyn Həsənov" teqi üzrə xəbərlər
- Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi
- Axtarışda olan məşhur bloqer Hüseyn Həsənov Moskvadakı mənzilini başqa şəxsin adına keçirdi
- Axtarışda olan Hüseyn Həsənova qarşı iddia - Milyonlarla təzminat tələb olunur
- Hüseyn Həsənov ona cinayət işi qaldırılmazdan əvvəl Moskvadakı mənzilini satmağa cəhd edib
- Hüseyn Həsənov axtarışa verilməsini şərh etdi